Restoranda baş verən partlayışda ölənlər və yaralananlar var

Restoranda baş verən partlayışda ölənlər və yaralananlar var

1 İyul 2024 10:52
Bəyəndim (0) Bəyənmədim (0)

İzmirin Torbalı rayonunda restoranda sənaye borusu partlayıb.

Sondakikanın məlumatına görə, partlayışdan sonra 5 nəfər ölüb, 63 nəfər yaralanıb. Hadisə ilə bağlı aparılan istintaq tədbirləri çərçivəsində bir nəfər saxlanılıb.

Hadisə yerindən ilk görüntülərdə bir neçə nəfərin xəsarətlə yerdə uzandığı, digərlərinin isə köməyə tələsdiyi görünür.

Ekipajlar təhlükəsizlik üçün ərazidəki bütün qaz xətlərini kəsiblər.

Torbala Baş Prokurorluğu artıq partlayışla bağlı məhkəmə araşdırmasına başlayıb.

Oxuməni.az