Hava limanının damının uçması nəticəsində 1 nəfər ölüb, 8 nəfər isə yaralanıb
Hindistanın paytaxtı Yeni Dehlidə İndira Qandi (Dehli) Beynəlxalq Hava Limanında 1 saylı Terminalın damının güclü yağış səbəbi ilə uçması nəticəsində 1 nəfər ölüb, 8 nəfər yaralanıb. Bir çox reyslər ləğv edilib.
Hindistanın paytaxtı Yeni Dehlidə güclü yağış və tufan həyatı iflic edib. Paytaxt küçələri su altında qalarkən, İndira Qandi (Dehli) Beynəlxalq Hava Limanında daxili reyslərin həyata keçirildiyi Terminal 1-in damı avtomobillərin üzərinə uçub. Ən azı 4 avtomobilə ziyan dəysə də, 1 nəfər ölüb, 8 nəfər yaralanıb.
Oxuməni.az
Digər xəbərlər































































































