Təyyarə qəzasında vitse-prezidentlə bərabər 9 nəfər həlak olub

Təyyarə qəzasında vitse-prezidentlə bərabər 9 nəfər həlak olub

11 İyun 12:20
Bəyəndim (0) Bəyənmədim (0)

Təyyarə qəzasında vitse-prezidentlə bərabər 9 nəfər həlak olub.

İranda ölkə prezidenti Rəisinin vertolyot qəzasında ölməsinin ardınca daha bir analoji qəza baş verib. Belə ki, içərisində Malavinin vitse-prezidenti Saulos Çilimadan əlavə 9 nəfərin də olduğu təyyarə qəzaya uğrayıb. Qəza nəticəsində təyyarədəkilərin hamısı ölüb.

Qeyd edək ki, dünən vitse-prezidentin içində olduğu təyyarə radarlardan itmişdi.

Axtarış- xilasetmə əməliyyatları zamanı təyyarənin qəzaya uğraması faktı təsdiqlənib.

Oxuməni.az