
Cəbhə bölgəsində vəziyyət araşdırılacaq
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan
silahlı qüvvələrinin bölmələri mayın 3-də saat 05.20-dən 05.55-dək Tərtər
rayonunun Çiləbürt kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı
Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
Bu arada cəbhə bölgəsində vəziyyəti yerində
araşdırmaq üçün ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin
mandatına uyğun olaraq, mayın 4-də Azərbaycan Respublikasının Goranboy
rayonunun Tapqaraqoyunlu kəndinin qərbindəki təmas xəttində monitorinq
keçirilməsi planlaşdırılıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, monitorinqi
Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin
ofisinin əlaqələndiricisi İmre Palatinus, səhra köməkçiləri Antal Herdiç və
ATƏT-in yüksək səviyyəli planlaşdırma qrupunun nümayəndəsi polkovnik-leytenant
Maykl Okonnor keçirəcəklər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan
sədrinin səhra köməkçiləri Xristo Xristov, Marius Puodziunas və ATƏT-in yüksək
səviyyəli planlaşdırma qrupunun nümayəndəsi polkovnik-leytenant Aleksandr
Nepokritix keçirəcəklər.
Gizlən-parç oyununda olduğu kimi gah Azərbaycan gözlərini yumur, gah da Ermənistan...
Elvin Babayev
O.M.