
Pakistan pis vəziyyətdə qalıb
Pakistan hakimiyyəti Usama Ben Ladenin İslamabad
yaxınlığında olduğunu bilmədiklərini ABŞ-a sübut etməlidir. Bu barədə ABŞ
Konqresi Senatının daxili təhlükəsizlik komitəsinin rəhbəri Cozef Liberman
bəyan edib.
O, "İndi Pakistan üçün əsl təzyiq dövrü başlayır - onlar bizə Ben Ladenin
orada olduğunu bilmədiklərini sübut etməlidirlər", - deyib.
Öz növbəsində Nümayəndələr palatasının kəşfiyyat komitəsinin rəhbəri Mayk
Rocers Pakistan ərazisində Ben Ladenin çoxlu köməkçilərinin gizləndiyinə əmin
olduğunu bildirib.
Qeyd edək ki, dağlarda axtarılan Ben Laden Pakistan sərhədində milyon dollarlıq bir villada öldürülmüşdü. Taliban isə öldürülən şəxsin Ben Laden yox, başqası olduğunu açıqlayıb.
Oğru elə bağırdı ki, doğrunun bağrı çatladı...
Elvin Babayev
O.M.