Quldur qruplaşmasının hücumu nəticəsində 9 nəfər ölüb, 4 nəfər yaralanıb
Meksikanın Quadalupe şəhərində avtomobilə silahlı hücum olub. Hücum nəticəsində 9 nəfər ölüb, 4 nəfər yaralanıb. Hücum quldur dəstələrinin qarşıdurması kimi qiymətləndirilir.
Meksikanın Oaxaka ştatında avtomobilə silahlı hücum nəticəsində 9 nəfər ölüb, 4 nəfər yaralanıb. Meksika mətbuatında yer alan xəbərlərə görə, ştatın Qvadalupe şəhərində naməlum silahlı şəxslər hərəkətdə olan avtomobilə pusqu qurublar. Hücum zamanı 9 nəfər hadisə yerində ölüb, biri qadın olmaqla 4 nəfər yaralanıb. Bölgəyə çoxlu sayda təhlükəsizlik qüvvələri sövq edilib və yaralılar xəstəxanaya aparılıb. Hücumla bağlı dövlət prokurorluğu araşdırmalara başlayıb. Hücuma səbəb kimi quldur qruplaşmalarının qarşıdurması göstərilir.
Oxuməni.az
Digər xəbərlər















































































.jpg)
.jpg)
.jpg)











