Sabah hava yağıntılı olacaq, temperatur 2-3 dərəcə yüksələcək
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, dekabrın 19-da Bakıda və Abşeron yarımadasında buludlu və yağıntılı hava şəraitinin üstünlük təşkil edəcəyi, axşam bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 0-2, gündüz 4-8 dərəcə isti təşkil edəcək.
Hava şəraitinin əsasən şimal və şərq rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, yüksək dağlıq ərazilərdə 15-20 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir.
Dekabrın 19-dan 21-dək ölkə ərazisində havanın temperaturu ötən günlərlə müqayisədə 2-3 dərəcə yüksələcək.
O.M.

































































.jpg)


.jpg)
.jpg)






















