
Qanunsuz immiqrantları daşıyan qayıq batıb: 5 nəfər ölüb
İzmirin Çeşme rayonunda qeyri-qanuni mühacirləri daşıyan rezin qayığın batması nəticəsində 5 nəfər həyatını itirib. Rayonundakı Kleopatra körfəzində qeyri-qanuni mühacirləri daşıyan rezin qayığın batdığı bildirilib.
Bölgəyə Sahil Təhlükəsizlik qrupları sövq edilib. Dənizdə olan 1 nəfər Sahil Təhlükəsizlik qrupları tərəfindən xilas edilib. Qaçaqlardan 5 nəfərin isə cansız cəsədi tapılıb. Xilas edilənlər ifadələrində qayıqda 13 nəfərin olduğunu bildiriblər. İtkin düşmüş hesab edilən 2 nəfərin tapılması üçün dənizdə və quruda helikopter yardımı ilə axtarış-xilasetmə işləri davam edir.
Oxumeni.az
Digər xəbərlər