Sirkdən qaçan şir panika yaradıb

Sirkdən qaçan şir panika yaradıb

13 Noyabr 07:27
Bəyəndim (0) Bəyənmədim (0)

İtaliyanın paytaxtı Roma yaxınlığındakı Ladispoli qəsəbəsində sirkdən qaçan aslanın bölgədə qısa müddətli çaxnaşmaya səbəb olduğu bildirilib.

İtaliya mətbuatında yer alan xəbərlərdə paytaxtın qərbindəki sahil qəsəbəsi Ladispolidə qurulan sirkin tərkibində olan aslanın dünən günorta saat 15:00 radələrində sirkdən qaçdığı bildirilib.

Aslanın qaçdığı xəbəri sürətlə yayıldıqca, Ladispoli Bələdiyyə Başçısı Alessandro Qrandonun aslanın saat 16.30 radələrində sirkdən qaçdığı xəbərini rəsmi olaraq təsdiqlədiyi və vətəndaşlardan evdə qalmalarını xahiş etdiyi bildirilib.

Açıqlamda bildirilir ki, heyvanın şəhər ərazisində ələ keçirilməsi üçün dərhal ekspert baytar qrupları və hüquq-mühafizə orqanlarının əməkdaşları işə başlayıb.

Bildirilib ki, ələ keçirmə işləri davam edərkən, şir saat 18.30-19.00 radələrində xüsusilə şəhər mərkəzindəki evlərin arasında dolaşaraq qəsəbədə böyük qorxu və təşviş yaradıb.

Xəbərdə bildirilirdi ki, bölgədə havadan araşdırma aparan polis helikopteri saat 21:00 radələrində aslanı şəhər mərkəzinə yaxın ərazidəki əkin sahəsində aşkar edib, daha sonra heyvana sakitləşdirici güllələrlə müdaxilə edib.

Aslan sakitləşdirici dərmanın təsiri ilə yuxuya getdikdən sonra sirk əməkdaşlarına təhvil verilib.

Bu arada, Civitavecchia Respublika Prokurorluğunun aslanın sirkdən qaçması ilə bağlı səhlənkarlığın olub-olmaması barəsidə araşdırmaya başlayacağı da qeyd edilib.

Oxuməni.az