Hava bizə nə vəd edir?

Hava bizə nə vəd edir?

17 Dekabr 2012 12:21
Bəyəndim (0) Bəyənmədim (0)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, sabah havanın yağıntılı olacaq, bəzi yerlərdə sulu qar yağacaq. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-2 dərəcə şaxta, gündüz 2-5 dərəcə isti olacaq.

Dekabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, səhər yarımadanın bəzi yerlərində az yağıntılı olacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-3 dərəcə isti, gündüz 6-9 dərəcə isti olacaq.

Bölgələrdə gündüz saatlarında qərb rayonlarından başlayaraq yağıntıların tədricən kəsiləcəyi, dekabrın 19-da isə şərq rayonlarında arabir az yağıntılı olacağı gözlənilir, sulu qar və qar yağacaq.

Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq. Dağlarda isə havanın temperaturu gecə 13-18 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq.

O.M.