Şaxtalı havalar davam edəcək
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakı və Abşeron yarımadasında dekabrın 16-da buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, fasilələrlə yağıntılı olacağı, əsasən axşam və gecə sulu qar, qar yağacağı gözlənilir. Mülayim şimal, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-2 dərəcə şaxta, gündüz 1-4 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında dekabrın 16-da hava şəraitinin fasilələrlə yağıntılı, bəzi yerlərdə sulu qar, qar yağacağı, səhər saatlarında duman olacağı gözlənilir. Şərq küləyi əsəcək, arabir güclənəcək.
O.M.
Digər xəbərlər







































.jpg)






















































