Tikinti proseslərinə kameralar vasitəsilə nəzarət yetiriləcək

Tikinti proseslərinə kameralar vasitəsilə nəzarət yetiriləcək

15 Dekabr 2012 12:04
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən verilən məlumata görə, Azərbaycanda tikilməkdə olan obyektlərdə kameralar quraşdırılacaq. Beləcə, tikinti prosesi və orada baş verənlərə Agentlik tərəfindən nəzarət etmək mümkün olacaq və bütün proseslər qeydə alınacaq. Hazırda Agentlikdə bununla bağlı müvafiq proqram təminatı və layihələr hazırlanır.

O.M.