Düşmən bir neçə istiqamətdə atəşkəs rejimini pozdu

Düşmən bir neçə istiqamətdə atəşkəs rejimini pozdu

14 Dekabr 2012 10:05
Bəyəndim (0) Bəyənmədim (0)

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun Voskevan kəndində, Füzuli rayonunun işğal edilmiş Qorqan, Aşağı Əbdülrəhmanlı, Goranboy rayonunun Gülüstan, Ağdam rayonunun Cəvahirli kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozub. Düşmən cavab atəşi ilə susdurulub.

O.M.