
Dünyanın ən yaşlı iti Bobi öldü
31 yaşında dünyanın ən yaşlı iti kimi Ginnesin Rekordlar Kitabına düşən Bobi Portuqaliyada ölüb. Fevral ayından bəri dünyanın ən yaşlı iti kimi Ginnesin Rekordlar Kitabına düşən Bobinin dünən öldüyü açıqlanıb. Portuqaliyanın Leiria bölgəsindəki Conqueiros kəndində gözətçi iti olan Bobinin sahibi Leonal Kosta yerli mətbuata açıqlamasında itinin daxili xəstəliklərlə bağlı bir neçə gün əvvəl xəstəxanaya yerləşdirildiyini bildirib.
Keçən mayın 11-də 31 yaşı tamam olan Bobinin uzun ömür sürməsinin səbəbləri elm adamları tərəfindən araşdırılırdı.
Murad Şahməmməd
Digər xəbərlər