M.Saakaşvilinin yaxın dostu intihar etdi
Bu gün Gürcüstanın siyasi aləmində söz-söhbətə səbəb olacaq intihar hadisəsi baş verib. Gecə saatlarında Gürcüstanın Qardabani bələdiyyəsinin sədri Manuçar Coxadzenin şəxsi mənzilində meyiti aşkar edilib. Грузия online-nin məlumatına görə, mərhum Mixail Saakaşvilinin partiya silahdaşı və dostu olub. Həmin partiyanın digər üzvü, millət vəkili Givi Tarqamadze intiharı mərhum bələdiyyə sədrinin hüquq mühafizə orqanları tərəfindən təzyiqə məruz qalması ilə
əlaqələndirib: "Təəssüf ki, hər kəs iqtidarın təzyiqinə dözə bilmir və biz elan olunmuş müharibənin bu cür nəticələri ilə qarşılaşmalı oluruq", - deyən Vahid Xalq Hərəkatından olan deputat mərhumun hansı səbəblərdən prokurorluğa çağırıldığını bilmədiyini bildirib. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Ümumiyyətlə, parlament seçkilərindən sonra Vahid Xalq Hərəkatının üzvləri onlara qarşı repressiyaların başlandığını qeyd edirlər.
O.M.















































































.jpg-2.jpg)














