VİDEO: Müxalifətçi deputatlar Ukrayna parlamentinin rəyasət heyətini ələ keçirdilər

VİDEO: Müxalifətçi deputatlar Ukrayna parlamentinin rəyasət heyətini ələ keçirdilər

13 Dekabr 2012 13:09
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Ukrayna parlamentində qalmaqal yaşanıb. İnterfax-ın məlumatına görə, parlamentin növbəti iclasında müxalifət və Regionlar partiyasından olan deputatlar Ali Radanın tribunasını və rəyasət heyətini tutublar. İclasın Regionlar partiyasından olan sədri Aleksandr Yefremov 30 dəqiqəlik fasilə elan etmək məcburiyyətində qalıb. Ümumiyyətlə, müxalifəti qəzəbləndirən səbəb iqtidar partiyalarından olan millət vəkillərinin başqalarının kartı ilə səsverməsi faktları olub. Buna baxmayaraq, A.Yefremov Ali Radanın spikerinin seçilməsi üzrə səsverməni həyata keçirəcəyini elan edib. Daha sonra sözü spiker postuna yeganə namizəd olan Vladimir Rıbaka (Regionlar partiyası) verib. Lakin namizəd yaranmış insident səbəbindən çıxış edə bilməyib.

O.M.