Xudatda ağacın aşması magistral yolda avtomobillərin hərəkətinə maneə yaratdı
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Xudat şəhərində ağac magistral yolun hərəkət hissəsinə aşmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Şimal Regional Mərkəzinin xilasediciləri təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə ağacı hissələrə kəsmiş və yolun hərəkət hissəsindən kənarlaşdırmışdır. Bununla da magistral yolda avtomobillərin maneəsiz hərəkəti təmin edilmişdir. Əməliyyat saat 12:22-də başa çatmışdır.
O.M.
Digər xəbərlər



















.jpg)

.jpg)


.jpg)






































































