Sabah mülayim şimal küləyi əsəcək, yağış yağacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, dekabrın 11-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, arabir yağış yağacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 5-8, gündüz 8-12 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında arabir yağış yağacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-7, gündüz 8-13, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir.
Dekabrın 11-dən 13-dək Abşeron yarımadasında iqlim normasına yaxın temperatur şəraiti əksər meteohəssas insanlar üçün müsbət amildir.
O.M.
Digər xəbərlər















































































.jpg-2.jpg)














