Şimal-qərb bölgəsində yağan leysan yağışları bir sıra problemlər yaradıb

Şimal-qərb bölgəsində yağan leysan yağışları bir sıra problemlər yaradıb

2 May 2011 11:04
Bəyəndim (0) Bəyənmədim (0)

Balakən rayon İcra Hakimiyyətindən bildirilib ki, leysan yağışlar nəticəsində Katex, Balakən, Humbul, Mazım çaylarında suyun səviyyəsi qalxıb. Poşbinə kəndində bir neçə evin həyətyanı sahəsini, Hənifə və Katex kəndlərində əkin sahələrini su basıb. Bir neçə elektrik dirəyini sel aparıb. Zaqatala ərazisindən keçən Tala, Muxax, Bəkməz, Makex, Gilban çaylarında da sululuq artıb, Gilban çayının daşması nəticəsində ərazidə olan torpaq sahələrini su basıb, təsərrüfatlara ciddi ziyan dəyib. Eyni vəziyyət Qax rayonunda da müşahidə edilib. Ləki çayında suyun artması Ləki kəndi ilə rayon mərkəzinin əlaqəsini kəsib.


Bölgədə bir sıra yaşayış məntəqələrinə elektrik enerjisinin verilişi dayandırılıb. Yerli fövqəladə hallar komissiyaları dəymiş ziyanın aradan qaldırılması, ziyanın miqdarının hesablanması istiqamətində tədbirlər görür.


Dama-dama göl olar, axa-axa sel olar. Ziyanın miqdarı bir-bir hesablanacaq, şişirdiləcək və...


Tofiq Əliyev


O.M.