
Zooparkda bomba həyəcanı
ABŞ-ın paytaxtı Vaşinqtondakı Smithsonian Milli Zooparkı bomba təhlükəsi səbəbiylə polis qrupları tərəfindən ehtiyat tədbiri olaraq ziyarətçilər üçün bağlanıb. Araşdırmalardan sonra heç bir təhlükənin olmadığı bildirilib. Rəsmilərin bildirdiyinə görə, Vaşinqtondakı Smithsonian Milli Zooparkı bomba təhlükəsi səbəbindən boşaldılmalı olub və bir gün bağlı qalıb. Polis tərəfindən aparılan araşdırma zamanı təhlükəli maddə aşkar edilməyib. Hal-hazırda hüquq mühafizə orqanları yalan məlumatı verəni axtarırlar.
Murad Şahməmməd
Digər xəbərlər