Göyçayda ev yanıb
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu gecə Göyçay rayonu, Kürdşaban kəndində yaşayış evi yanaraq külə dönüb. Ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin 1 otağının tavanı 7 kv.m sahədə yanıb. Yanğın saat 23:09-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
O.M.
Digər xəbərlər

























































































