
Özbəkistanda futbol matçı zamanı helikopter meydançaya enib
Özbəkistanın gənclərdən ibarət (U21) "Qızılqum" və "Metallurq" komandaları arasında keçirilən futbol matçında helikopter meydana enib.
Bu barədə Podrobno.uz-un müxbiri Bekabaddan olan komandanın mətbuat xidmətinə istinadən xəbər verir.
Qarşılaşma Nəvai rayonundakı stadionda keçirilib. “Özbəkistan Hava Yolları”nın rənglərində olan vertolyot qapının yanındakı yerə enib. Bu səbəbdən futbolçular matçı yarımçıq dayandırmalı olublar.
Hazırda helikopterin hansı səbəbdən futbol meydançasına düşdüyü məlum deyil.
Əziz Mustafa
Digər xəbərlər