Meşə yanğınları nəticəsində ölənlərin sayı 93-ə çatıb

Meşə yanğınları nəticəsində ölənlərin sayı 93-ə çatıb

14 Avqust 10:53
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-ın Havay ştatında baş verən meşə yanğınlarında həyatını itirənlərin sayı 93-ə çatıb. Havay qubernatoru Coş Qrin, ölənlərin sayının daha da artacağını gözlədiklərini söyləyib. Ölkədə son 100 ildə ən çox insan itkisinin yaşandığı meşə yanğınında axtarış-xilasetmə qruplarının bölgənin cəmi 3 faizinə çata bildiyi bildirilib. Komandalar ilkin axtarışı tamamladıqları evlərdə parlaq narıncı X, insan qalıqlarını aşkar etdikləri yerlərdə isə HR işarələri qoyurlar.

Havay qubernatoru Coş Qrin yanan ön küçəni gəzərkən, "Bu, Havayın üzləşdiyi ən pis təbii fəlakətdir" deyə bildirib.

Murad Şahməmməd