
Köpək balığı qadına hücum edib
ABŞ-ın Nyu-York şəhərində çimərlikdə köpək balığı qadına hücum edib. Hücumun baş verdiyi çimərlik istifadəyə bağlanıb.
ABŞ-ın Nyu-York şəhərindəki Rokavey çimərliyində 50 yaşlı qadın köpək balığının hücumuna məruz qalıb. Hücumdan xəsarətlə xilas olan qadına ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya aparılıb. Hücumdan sonra səlahiyyətlilər çimərliyi istifadə üçün bağlayıb.
Həkimlər qadının ombasında dərin kəsik səbəbindən səhhətinin ağır olduğunu bildiriblər. Hücum Rockaway Beach-də ilk köpəkbalığı hücumu olaraq qeyd edilərkən, qruplar köpək balığını aşkar etmək üçün hərəkətə keçiblər.
Köpəkbalığı hücumlarının qlobal məlumat bazası olan Beynəlxalq Köpəkbalığı Hücum Sistemi, keçən il Nyu Yorkda heç bir itki olmadan yalnız 8 səbəbsiz köpəkbalığı hücumunu qeyd edib.
Murad Şahməmməd