Dövlət vergi orqanlarında işləmək istəyən şəxslər TQDK-da imtahan verdilər

Dövlət vergi orqanlarında işləmək istəyən şəxslər TQDK-da imtahan verdilər

3 Dekabr 2012 11:20
Bəyəndim (0) Bəyənmədim (0)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Vergilər Nazirliyi ilə birgə dekabrın 2-də vergi orqanlarına işə qəbul olmaq istəyən namizədlər üçün keçirdiyi test imtahanının nəticələrini açıqlayıb. TQDK-nın mətbuat xidmətindən verilən məlumata görə, imtahanda iştirakı nəzərdə tutulan 2138 nəfər namizəddən 421 nəfəri imtahanda iştirak etməyib, 1 nəfər isə imtahan qaydaların pozduğu üçün (mobil telefon keçirməyə cəhd) imtahandan uzaqlaşdırılıb. İmtahanda iştirak edən 1716 nəfər namizəddən 541 nəfər müsabiqə şərtini ödəyərək ikinci mərhələyə keçib.

Qeyd edək ki, imtahanda ən yüksək nəticə 96 bal olub. Qeyd edək ki, imtаhаn nəticəsində ümumi bаlı 70 və dаhа artıq оlаn namizədlər növbəti mərhələyə burахılırlаr.

O.M.