Əlcəzairi güclü qum fırtınası vurdu

Əlcəzairi güclü qum fırtınası vurdu

2 Avqust 10:37
Bəyəndim (0) Bəyənmədim (0)

Əlcəzair qum fırtınalarının təsiri altına düşüb. Bəzi ərazilərdə görmə məsafəsi sıfıra enib, həyat dayanıb. Səlahiyyətlilər tənəffüs xəstəlikləri olan insanlara küçəyə çıxmamaq barədə xəbərdarlıq ediblər. Göz-gözə baxmaq mümkün olmur. Əlcəzairlilər qum fırtınasına qəfil yaxalandıqları üçün tufana düşən hər kəs panikaya düşüb.

70 min əhalisi olan ölkənin əyaləti «Ouled Cəlal» qum fırtınasının təsirindən iflic vəziyyətinə düşüb. Görünüşü demək olar ki, sıfıra endirən qum fırtınası həm də temperaturun aşağı düşməsinə səbəb olub.

Qum fırtınasının təsirinə məruz qalan ərazilərdə nəqliyyatın hərəkəti dayandırılıb. Səlahiyyətlilər, güclü toz buludları səbəbindən sürücüləri son dərəcə diqqətli olmaları və təhlükəsizliyə üstünlük vermələri barədə xəbərdarlıq edib.

Səhiyyə mütəxəssisləri tənəffüs sistemi xəstəlikləri olan insanlara xüsusi çağırış edib.

Murad Şahməmməd