Yük gəmisində baş verən yanğın nəticəsində 1 nəfər dünyasını dəyişdi

Yük gəmisində baş verən yanğın nəticəsində 1 nəfər dünyasını dəyişdi

27 İyul 2023 11:36
Bəyəndim (0) Bəyənmədim (0)

Hollandiyanın Ameland adasının sahillərində Almaniya və Misir arasında üzən, 23 ekipaj üzvü olan Panama bayraqlı yük gəmisində yanğın baş verib. “Ekipaj üzvləri özləri yanğını söndürməyə çalışsalar da, buna nail ola bilməyiblər”, - deyə yayılan məlumatda bildirilir. Yanğın genişlənməkdə davam edib və təxliyyə aparılıb. Ekipaj üzvləri helikopterlər və xilasedici qayıqlarla təxliyə edilib. Təəssüf ki, bir ekipaj üzvü həlak olub, bir neçə nəfər yaralanıb.

Hollandiya Sahil Mühafizəsi tərəfindən verilən açıqlamaya görə, xilasedicilər ölkənin Ameland adasından 27 kilometr uzaqlıqda üzən Panama bayraqlı Fremantle Highway yük gəmisində yanğın baş verdiyi xəbərini alıb. Hadisə yerinə gedən xilasetmə qrupları yanğına müdaxilə etməyə başlayıb. Gəmidə olan 23 ekipaj helikopterlər və xilasedici qayıqlarla təxliyə edilib.

Murad Şahməmməd