Okeanda iti ilə birlikdə 2 ay mübarizə aparan balıqçı

Okeanda iti ilə birlikdə 2 ay mübarizə aparan balıqçı

19 İyul 2023 13:19
Bəyəndim (0) Bəyənmədim (0)

Sakit okeanda təxminən 2 aya yaxın iti ilə birlikdə axınla aşağı sürükləndikdən sonra xilas edilən avstraliyalı balıqçı Tim Şeddok quruya çatıb. Gəmisi fırtınada zədələndiyi üçün Sakit Okeanda təxminən 2 aydır axınla sürüklənən Şeddok, iti Bella ilə Meksikadan Fransız Polineziyasına getmək üçün yola çıxdıqdan sonra, xilas edildiyi qayıqla Meksikanın Kolima əyalətindəki Manzanilyo şəhərinə gətirilib.

Quruya çatdıqdan sonra Şeddok jurnalistlərə deyib ki, o və iti çox yaxşı vəziyyətdədir.

Kapitana və həyatını xilas edən balıqçı şirkətinə təşəkkürünü bildirən Şeddok, "Mən çox sağam düşünmürdüm" deyə bildirib.

Çiy balıq və yağış suları ilə sağ qalmağı bacaran Şeddok torpağı sonuncu dəfə mayın əvvəlində gördüyünü bildirib.

Balıqçılıq şirkətindən verilən açıqlamada, qayığın təxminən 2000 kilometr aralıda olduğu, qida və sığınacaqdan məhrum olan Şeddok və itinə tibbi yardım, o cümlədən qida və su verildiyi bildirilib. Həkimlər Şeddokun səhhətinin yaxşı olduğunu söyləyiblər.

Murad Şahməmməd