Hadisə nəticəsində ölənlərin sayı 103 nəfərə çatıb
Nigeriyada gəminin batması nəticəsində ölənlərin sayı 103 nəfərə çatıb. Nigeriyanın Niger əyalətində toydan qayıdanları daşıyan gəminin batması nəticəsində həyatını itirənlərin sayı 103-ə yüksəlib. Kvara əyalətinin polis sözçüsü Okasanmi Ajayi, Niger çayında toydan qayıdanları daşıyan gəminin batması nəticəsində həyatını itirənlərin sayının 103-ə yüksəldiyini bildirib.
Qəzadan bəzi insanların sağ qaldığını qeyd edən Ajayi, hadisə yerində xilasetmə işlərinin davam etdiyini bildirib. Ölkə mətbuatının məlumatına görə, iyunun 12-də Niger əyalətində toydan Kvara ştatına qayıtmaq istəyən 300-ə yaxın insanı daşıyan gəmi çayda ağaca çırpılaraq batıb.
Kvara əyalətinin qubernatoru Əbdülrəhman Əbdülrazaq çox sayda insanın həyatını itirdiyi bədbəxt hadisəyə görə dərin kədərini ifadə edib. Nigeriyada yağışlı mövsümdə çaylarda vaxtaşırı gəmi qəzaları baş verir.
Murad Şahməmmədov





























































































