"Sony"-nin 77 milyon istifadəçisinin kredit məlumatları şifrələnib

"Sony"-nin 77 milyon istifadəçisinin kredit məlumatları şifrələnib

29 Aprel 2011 18:43
Bəyəndim (0) Bəyənmədim (0)

Hakerlər tərəfindən oğurlanmış Yaponiyanın "Sony" - Pleysteyşn Netvork ("Playstation Network") qlobal internet şəbəkəsinin 77 milyon istifadəçisinin kredit məlumatları deşifrələnib. Kredit kartlar haqqında məlumatların serverlərdə şifrələnmiş şəkildə saxlanılması cinayətkarların onlardan istifadə etmək imkanını azaldır. Lakin, "Sony" şirkəti bu ehtimalı büsbütün istisna etmir. Hələlik banka kartlardan qeyri-qanuni şəkildə istifadə edilməsi barədə şikayət daxil olmayıb. "Sony" şirkəti istifadəçilərin elektron poçt ünvanları, təvəllüd tarixləri və digər fərdi informasiyalarını şifrələməyib. Bu da kibercinayətkarların əlinə asanlıqla düşə bilər. "Playstation 3"-də internet vasitəsi ilə oyunlar üçün nəzərdə tutulmuş "Pleysteyşn Netvork" şəbəkəsi 60 ölkənin oyunçularını birləşdirir. Şəbəkə həmçinin filmlərin, musiqilərin, oyunların satışı və məlumatları paylaşmaq xidməti də təklif edir. Şəbəkə aprelin 26-da hakerlərin hücumuna məruz qalıb. Bununla da sistem bütünlüklə iflic vəziyyətinə düşüb. O, indiyədək hələ də işləmir. "Sony" şirkətinin qeyd etdiyi kimi, sistem büsbütün yoxlanılmalı, yeri gələrsə, istifadəçilərin parolları dəyişdirilməlidir.


Sovet dövründə şpionlar parolla işləyirdilər...


Hafiz Əhmədov


O.M.