Begemotun qayığa hücumu nəticəsində 1 uşaq ölüb, 23 nəfər itkin düşüb

Begemotun qayığa hücumu nəticəsində 1 uşaq ölüb, 23 nəfər itkin düşüb

17 May 2023 15:09
Bəyəndim (0) Bəyənmədim (0)

Malavidə Şire çayında begemotun qayığa hücumu nəticəsində 1 uşaq ölüb, 23 nəfər itkin düşüb.

Şərqi Afrikanın Malavi ölkəsində, Mozambik sərhədinə yaxın Şire çayının Nsanje bölgəsində begemot qayığa hücum edib. Hücumun dünən baş verdiyini ifadə edən polislər, batan qayıqda bir uşağın öldüyünü, 23 nəfərin isə itkin düşdüyünü açıqlayıblar.

Polis axtarış qrupları 14 nəfərin öz imkanları və ya ətrafdakıların köməyi ilə batan qayıqdan sağ çıxdığını bildiriblər. Rəsmi məlumata görə axtarış-xilasetmə işləri davam etsə də, sağ qalanların tapılması ümidləri çox azdır.

Nsanje polisinin sözçüsü Agnes Zalakoma verdiyi açıqlamada, "Polis qəza barədə məlumat verildiyi gündən hadisə yerində itkin düşənləri axtarır" deyə bildirib.

Qayığın tarlada işləmək üçün çayı keçən kəndlilərlə dolu olduğu, begemotun qayığa nə üçün hücum etdiyi hələlik məlum deyil.

Dişi begemotların son dərəcə aqressiv olduğu bilinsə də, Afrikada ildə təxminən 500 insanın begemot hücumlarından öldüyü təxmin edilir.

Oxumeni.az