Yük maşını ilə mikroavtobusun toqquşması nəticəsində 26 nəfər həlak oldu

Yük maşını ilə mikroavtobusun toqquşması nəticəsində 26 nəfər həlak oldu

15 May 2023 15:05
Bəyəndim (0) Bəyənmədim (0)

Meksikada yük maşını ilə mikroavtobusun toqquşması nəticəsində 26 nəfər ölüb. Meksikanın şimalında yük maşını ilə sərnişin mikroavtobusunun toqquşması nəticəsində 26 nəfər həyatını itirib. Meksika rəsmiləri Tamaulipas ştatında baş verən qəzada toqquşmadan sonra yanğının baş verdiyini də açıqlayıblar. Qəzada hələlik ilk təsbitlərə görə 26 nəfərin öldüyü deyilir. Qəza yerində yalnız yük maşınının qoşqusunun tapıldığını bildirən səlahiyyətlilər, sürücünün yük maşınının yedək hissəsi ilə qaçmış ola biləcəyini qiymətləndiriblər. Qəzanın əsas səbəbləri araşdırılmaqdadır.

Oxumeni.az