
Moskvada MiQ üçün mühərrik istehsal edən zavodda yanğın baş verib
Moskvada, MiQ təyyarələri üçün mühərriklərin istehsal olunduğu V. V. Çernışev adına Maşınqayırma Zavodunun ərazisində partlayış nəticəsində yanğın baş verib.
Oxuməni.az xəbər verir ki, bu barədə Rusiya teleqram kanalları məlumat yayıb.
Məlumata görə, yanğın müəssisənin Vişnevka küçəsindəki binalarından birində baş verib. Qeyd olunur ki, ikinci mərtəbədəki otaqda təxminən 15 kvadratmetr ərazidə şəxsi əşyalar və mebellər alovlanıb, güclü tüstülənmə baş verib.
İlkin məlumatlara görə, üç nəfər yaralanıb. Xilasedicilər yanğını aradan qaldırıblar, yaralılar təcili yardıma təhvil verilib.
Əziz Salamoğlu, Oxuməni.az
Digər xəbərlər