Yanğın nəticəsində 3 nəfər həlak oldu

Yanğın nəticəsində 3 nəfər həlak oldu

10 May 2023 15:51
Bəyəndim (0) Bəyənmədim (0)

Moskvanın şimal-şərqində mənzildə baş verən yanğın nəticəsində 3 nəfər dünyasını dəyişib. Paytaxtın şimal-şərqində yaşayış binasında yanğın baş verib. Bu barədə bu gün Rusiya Fövqəladə Hallar Nazirliyi şəhər üzrə mətbuat xidməti məlumat yayıb. Qurumun verdiyi məlumata görə, Severodvinskaya küçəsində 13 saylı binanın 13-cü mərtəbəsində mənzillərdən biri yanıb. Yanğının sahəsi 20 kvadratmetr olub. Alovun söndürülməsi zamanı üç yerli sakini xilas etmək mümkün olub. Moskva vaxtı ilə saat 11:13-də yanğın söndürülüb. Yanğın nəticəsində 3 nəfər həlak olub. Yanğın zamanı yerli sakinlər təxliyə edilib.

Oxumeni.az