Təyyarədə qadın sərnişini əqrəb sancdı

Təyyarədə qadın sərnişini əqrəb sancdı

8 May 2023 12:14
Bəyəndim (0) Bəyənmədim (0)

Hindistanda daxili reysdə əqrəb qadın sərnişini sancıb. Xarici mətbuatın xəbərinə görə, Hindistanın Air İndia aviaşirkəti aprelin 23-də Naqpur-Mumbay reysidə olan hadisə ilə bağlı açıqlama verib. Açıqlamada təyyarədə əqrəbin qadın sərnişini sancması kimi nadir və üzücü hadisənin yaşandığı bildirilib. Təyyarə Mumbay hava limanına enən zaman həkimlər qadın sərnişinə müdaxilə edib və sərnişin xəstəxanada müalicə olunduqdan sonra evə buraxılıb.

Lazımlı protokol qaydalarına əməl edildiyinə diqqət çəkən şirkət rəsmiləri açıqlamada əqrəbin təyyarə dezinfeksiya edildikdən sonra tapıldığını bildiriblər. Rəsmilər onu da qeyd ediblər ki, əvvəllər təyyarədə oxşar hadisə kimi hamam böcəkləri və ağac qurdları olub, amma əqrəb birinci dəfədir. Xatırladaq ki, Hindistanın Air İndia aviaşirkətinin 2019-cu ildə Bhopal-Mumbay reysini həyata keçirən təyyarəsində sərnişinə təklif olunan yeməkdə hətta tarakanlar tapılmışdı. Digər fakt isə 2018-ci ildə Nyu York - Mumbay reysini həyata keçirən Air İndia-nın təyyarəsində yataq böcəkləri biznes sinif bölməsində üç uşağı ilə səyahət edən sərnişini dişləmişdi. Air India sosial şəbəkədə yataq qurdları səbəbiylə qolunun şişməsinin fotosunu paylaşan sərnişindən üzr belə istəmişdi.

Murad Şahməmmədov