Dəniz Baykala yumurta atdılar

Dəniz Baykala yumurta atdılar

29 Aprel 2011 16:31
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyənin ana müxalifət Cümhuriyyət Xalq Partiyasının (CHP) keçmiş lideri Dəniz Baykal seçkiqabağı təşviqat üçün Antalya vilayətinə səfər edib. Vilayətin Serik qəsəbəsindəki Çinaraltı meydanında əhali ilə görüşlərə başlayan Dəniz Baykala yumurta atılıb. Yumurtalardan heç biri müxalifətçi namizədə dəyməyib. Qeyd edək ki, Dəniz Baykal Antalya bölgəsindən millət vəkilliyinə namizəddir.


Görəsən, antalyalılar yumurtalarını Dəniz bəyin başına çırpmaqla nə demək istəyiblər?..


Hafiz Əhmədov


O.M.