Rusiyadan Lənkərana aviareys açılacaq

Rusiyadan Lənkərana aviareys açılacaq

29 Aprel 2011 16:10
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın "UTair" aviaşirkətindən verilən məlumata görə, may ayının 1-dən etibarən Surqut-Lənkəran marşrutu üzrə birbaşa sərnişin aviareysi istismara veriləcək: "Surqut-Lənkəran-Surqut marşrutu ilə uçuşlar hər həftənin VII günləri Surqutdan saat 03:00-da, Lənkərandan isə saat 17:15- də "Boeing-735" avialayneri ilə həyata keçiriləcək. Sözügedən marşrutla hər iki tərəfə bir aviabiletin minimal qiyməti 533 manat təşkil edir".


Qeyd edək ki, hazırda Lənkərandan yalnız Rusiyanın paytaxtı Moskva şəhərinə birbaşa aviareyslər yerinə yetirilir. Bu marşrutla uçuşları Rusiyanın "UTair", "Moskavia" və "VIM Avia" şirkətləri həyata keçirir.

Bundan sonra Surqutda isti-isti ləvəngi yeyəcəklər...


Elvin Babayev


O.M.