Almaniyanın Hamburq şəhərində kilsədə baş verən atışma nəticəsində azı 6 nəfər ölüb

Almaniyanın Hamburq şəhərində kilsədə baş verən atışma nəticəsində azı 6 nəfər ölüb

10 Mart 2023 12:56
Bəyəndim (0) Bəyənmədim (0)

Hamburqun "Yeqovanın Şahidləri" kilsəsində Qross Borstel rayonunda atışma baş verib.

Oxuməni.az xəbər verir ki, müxtəlif KİV-lərin məlumatına görə, orada altı və ya yeddi ölü tapılıb. Polis sözçüsü Holger Fehren, silahlının da onların arasında olduğunu və başqa hücum edənlərin olmadığını bildirir.

Tvitterdə Hamburq polisi "cinayətin motivləri haqqında etibarlı məlumatlara malik olmadıqlarını" bildirib. Bununla bağlı polis sosial şəbəkələrdə bu barədə spekulyasiya etməməyə və şayiə yaymamağa çağırıb.

Yerli vaxtla saat 21:00 radələrində (GMT 20:00) federal proqram NINAwarn vasitəsilə yerli sakinlərə "bir və ya bir neçə naməlum təcavüzkarın kilsədəki insanlara atəş açdığı" barədə xəbərdarlıq göndərilib. Sakinlərə evlərini tərk etməmək tövsiyə olunub.

Rüfət, Oxuməni.az