Misir Qəzza ilə sərhədi açacaq
Misir yaxın zamanlarda Qəzza zolağındakı embarqonu aradan qaldırmaq niyyətindədir. Əl-Cəzirə telekanalına müsahibə verən Misirin xarici işlər naziri Nəbil Əl Ərəbi, " Qəzzada blokadanın aradan qaldırılması mühüm bir addım olacaq", deyib. Əl-Ərəbi keçmiş Misir hakimiyyətinin Qəzza ilə sərhədləri bağlamağını "ayıb" adlandırıb və fələstinli insanların xarici dünya ilə əlaqəsinin kəsilməsinin yolverilməz olduğunu bildirib. O, "Biz atılmış bu addımı pisləyirik və bunun ən qısa zamanda həllini tapmasına nail olacağıq", - deyə açıqlama verib.
Qeyd edək ki, Hüsnü Mübarək 2007-ci ildə Misirdən Fələstinə gedən tunellərin istifadəsinə qadağa qoymuşdu. Səbəb kimi isə bu tunellər vasitəsi ilə Fələstinə silah-sursatın ötürülməsi, İsrail ilə münasibətlərin korlanması və miqrant axınları göstərilmişdi.
Yeni siyasətçilər anlamırlar ki, artıq bütün səbəblər nəticəyə çevriləcək...
Elvin Babayev
O.M.