TRT Haber: təyyarə iyrənc  qoxuya görə İstanbul hava limanına qayıdıb

TRT Haber: təyyarə iyrənc  qoxuya görə İstanbul hava limanına qayıdıb

6 Mart 2023 10:46
Bəyəndim (0) Bəyənmədim (0)

Türk Hava Yollarına məxsus layner göyərtəsindəki xoşagəlməz qoxuya görə yola düşdüyü hava limanına qayıdıb. Bu barədə “TRT Haber” telekanalı məlumat yayıb.

Oxuməni.az xəbər verir ki, təyyarənin yük anbarında “kənarda cəhənnəm – içəridə cənnət” kimi təsvir edilən ekzotik meyvə "durian" tapılıb.

Alimlər izah ediblər ki, son dərəcə xoşagəlməz qoxunun (bəziləri deyirlər ki, bu, insan cəsədinin çürüməsi zamanı yaranan qoxudur)mənbəyi kükürddür. O, hava ilə birləşdikdə oksidləşir.

İstanbul hava limanının yaydığı məlumata görə, 1855 nömrəli (İstanbul-Barselona) reysi dayandırılmalı olub. Təyyarə Türkiyənin paytaxtından saat 15:35-də havaya qalxıb və saat 16:45-də uçuş hava limanına məcburi eniş edib.

Xoşagəlməz qoxu hiss edən ekipaj İstanbula qayıtmaq qərarına gəlib. Həmin vaxt təyyarə artıq Bolqarıstan üzərində idi.

Sərnişinlər başqa təyyarə ilə Barselonaya çatdırılıb.

E.Axund, Oxuməni.az