Adıgey üzərində naməlum uçan obyekt (NUO) qəzaya uğrayıb

Adıgey üzərində naməlum uçan obyekt (NUO) qəzaya uğrayıb

28 Fevral 2023 12:55
Bəyəndim (0) Bəyənmədim (0)

Adıgeyin Yeni Qiaginski qəsəbəsində gecə naməlum uçan obyektin qəzaya uğraması qeydə alınıb.

Oxuməni.az xəbər verir ki, bu barədə Adıgey respublikasının rəhbəri Murat Kumpilov öz Telegram kanalında bildirib.

"Qəza yerində istintaq-əməliyyat qrupu işləyir. Ən əsası ölənlər və zərərçəkənlər yoxdur. Heyvandarlıq fermasının təsərrüfat binası cüzi zərər görüb",- deyə o Teleqram kanalında yazıb.

Murat Kumpilov eyni zamanda əhalini təşvişə düşməməyə çağıraraq respublika sakinlərinin təhlükəsizliyini təmin etmək məsələlərini şəxsi nəzarətdə saxladığını deyib.

Əziz Mustafa, Oxuməni.az

.