Tacikistanda güclü zəlzələ baş verib

Tacikistanda güclü zəlzələ baş verib

23 Fevral 2023 12:15
Bəyəndim (0) Bəyənmədim (0)

Fevralın 23 - də səhər Tacikistanın şərqində güclü zəlzələbaş verib.

Oxuməni.az xəbər verir ki, Çin Seysmoloji Mərkəzinin məlumatına görə, söhbət yerli vaxtla 03-də baş verən 7,3 bal gücündə təkanlardan gedir. Eyni zamanda, Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi zəlzələnin 6,8 bal gücündə olduğunu iddia edir və episentr olaraq Murqabdan 66 km məsafədə, təxminən 11 min insanın yaşadığı nöqtəni göstərir.

Tacikistan ərazisində cümə axşamı səhər baş verən zəlzələdən sonra 4 baldan çox gücə malik beş afterşok qeydə alınıb. Bu barədə Tacikistan Milli Elmlər Akademiyasının Geologiya, zəlzələyə davamlı tikinti və seysmologiya İnstitutundan məlumat verilib.

"Bu gün səhər Tacikistan ərazisində zəlzələ baş verib, ardınca 5 afterşok baş verib. Beşinci, 4,7 bal gücündə zəlzələ yerli vaxtla 07:18 – də Murqab yaşayış məntəqəsindən 54 km məsafədə (Dağlıq Bədəxşan Muxtar vilayətində) 60 km dərinlikdə baş verib", - deyə "Hovar"milli informasiya agentliyinin yaydığı məlumatda bildirilir.

Dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir.

Əziz Mustafa, Oxuməni.az