Dağıntılar altından yeni doğulmuş körpə tapılıb

Dağıntılar altından yeni doğulmuş körpə tapılıb

7 Fevral 2023 11:34
Bəyəndim (0) Bəyənmədim (0)

Xilasedicilər Suriyanın şimalındakı Hələb şəhərinin yaxınlığında dağılmış binaların dağıntıları altında qalan vətəndaşları tapmaq əməliyyatı zamanı yeni doğulmuş körpə aşkar ediblər.

Oxuməni.az xəbər verir ki, bu barədə Al Arabiya telekanalı məlumat yayıb.

Şəbəkəyə daxil olan görüntülərdə xilasedicilərin körpəni zibil yığınından necə çıxardıqları görünür. Yeni doğilan körpənin bədənində görünən ziyan yoxdur. Hal-hazırda onun vəziyyətinin təfərrüatları verilmir.

Şahidlərin sözlərinə görə, körpənin anası xilas ola bilməyib.

Daha əvvəl, Hələbdən şəhərin köhnə hissəsindəki el Aqaba məhəlləsində xilas edilmiş yeni doğulmuş bir qız və yeniyetmələr haqqında məlumat alındı. Şamdan 360 km şimalda yerləşən bu əyalət mərkəzində zəlzələ zamanı 47 bina çökdü.

Ümumilikdə, əl Arabiyanın məlumatına görə, təbii fəlakət nəticəsində yaşayış məhəllələrində dağıntılar Suriyanın şimalındakı 58 yaşayış məntəqəsində qeydə alınıb.

Əziz Mustafa, Oxuməni.az