Nəhəng buz dağı özünü Kanadaya çatdırdı

Nəhəng buz dağı özünü Kanadaya çatdırdı

29 Aprel 2011 13:26
Bəyəndim (0) Bəyənmədim (0)


Yadınızdadırsa, Qrenlandiyadakı "Peterman" buz dağı avqust ayında qopmuşdu. NASA tərəfindən nəzarət altına alınan 250 kvadrat kilometrlik bu parça Kanadanın Nyufoundled-Labrador əyalətinin Şimal sahillərinə çatdı.

Kanada Sahil Təhlükəsizliyi Buz əməliyyatlarının sədri Dan Framptonun sözlərinə görə, aysberq keçən həftə Hudzon körfəzinə gəlib. Hazırda da Labradorun şimal sahillərindən izlənilə biləcək şəkildə yaxınlaşıb: "Bir adanın 2 qatı böyüklüyündəki aysberq sahili təhdid etmə, ölçüyə gələndə qırma əməliyyatı da daxil olmaqla bəzi tədbirlər alınacaq. Ancaq bu an bu cür bir təhlükə yoxdur". Aysberqin bölgədə ən azı 10 aya qədər təhlükəsiz mövqedə qalacağını təxmin etdiklərini bildirən Frampton: "Bu bizim üçün də ilk və əhəmiyyətli bir təcrübə olacaq", - deyə çıxışının sonunda bildirib.

Titanikin yeri məlum.

Günel Həbib

O.M.