Masallıda 36 yaşlı qadın itkin düşüb

Masallıda 36 yaşlı qadın itkin düşüb

30 Yanvar 2023 18:42
Bəyəndim (0) Bəyənmədim (0)

Masallıda 36 yaşlı qadın 6 gündür itkin düşüb.

Oxuməni.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Masallı rayonunun Ərkivan qəsəbəsində yaşayan 1987-ci il təvəllüdlü Ağayeva Gülər Valeh qızı yanvarın 24-də saat 16 radələrində evdən çıxaraq naməlum istiqamətdə gedib və indiyədək qayıtmayıb.

Gülər Ağayevanın əlamətləri bunlardır: Boyu 158 sm, gözləri qəhvəyi rəngdədir. Evdən çıxarkən əynində qara rəngli gödəkçə, qara rəngli paltar, ayağında idman ayaqqabısı olub.

Onu tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti Zəng Mərkəzinə, həmçinin Masallı Rayon Polis Şöbəsinə 025-215-39-42 nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.