Liftin qarşısında növbə gözləyən insanları yaralayıb

Liftin qarşısında növbə gözləyən insanları yaralayıb

30 Yanvar 2023 09:37
Bəyəndim (0) Bəyənmədim (0)

Antalya Saklıkent Xizək Mərkəzində xizək sürən şəxs idarəetməni itirərək trasın sonunda dayana bilməyəndə liftdə növbə gözləyənlərə çırpılıb. Qəza nəticəsində 4 nəfər xəsarət alıb.

Hadisə Konyaaltı səmtindəki Saklıkent xizək mərkəzində baş verib. Əldə edilən məlumata görə, həftə sonu günəşli havanın dadını çıxarmaq istəyənlər Antalyanın mərkəzindəki xizək mərkəzinə axışıblar. Bu vaxt xizəkçi trekin sonunda dayana bilməyəndə liftdə növbə gözləyən insanları vurub. Hadisə zamanı 4 nəfər yaralanıb. Yaralılara ilk tibbi yardım xizək mərkəzindəki sağlamlıq qrupları tərəfindən edilib. Adları məlum olmayan 4 nəfər müxtəlif xəstəxanalara aparılaraq müalicə altına alınıblar. Hadisə ilə bağlı araşdırmaların davam etdiyi bildirilir.

Murad Şahməmmədov