Qadın uzun müddət hərəkət edən avtomobilin kapotunda qalıb

Qadın uzun müddət hərəkət edən avtomobilin kapotunda qalıb

26 Yanvar 10:56
84
Bəyəndim (0) Bəyənmədim (0)

Meksikada bir sürücü yolu keçən qadına məhəl qoymadan avtomobili ilə onu vuraraq, maşının kapotunun üstünə qaldırıb. Həmin anlar təhlükəsizlik kamerasında qeydə alınıb. Zərbə nəticəsində qadın uzun müddət hərəkət edən avtomobilin kapotunda qalıb.

Hadisədən sonra qısa müddət ərzində Ecatepek şəhər polisinin hərəkətə keçdiyi və sürücünü saxladığı, qəzada 29 yaşlı qadının yüngül xəsarət aldığı bildirilmişdi. Yaralı qadın açıqlamasında hadisə ilə əlaqədar olaraq avtomobilin sürücüsünün onu qəsdən vurduğunu, kapotdan düşmək istədiyini dəfələrlə desə də, sürücünün avtomobili saxlamadığını bildirib.

Murad Şahməmmədov