Sərnişin təyyarəsində bomba olduğu bildirilib

Sərnişin təyyarəsində bomba olduğu bildirilib

23 Yanvar 2023 09:38
Bəyəndim (0) Bəyənmədim (0)

Polşa-Yunanıstan ekspedisiyasını həyata keçirən Ryanair şirkətinə məxsus Boeing 737 tipli sərnişin təyyarəsində bomba təhlükəsi olduğu bildirilib. Polşanın Katovitse şəhərindən havaya qalxan təyyarə xəbərdarlıqdan sonra F16 döyüş təyyarələrinin müşayiəti ilə Yunanıstanın paytaxtı Afinadakı Eleftherios Venizelos Beynəlxalq Hava Limanına məcburi eniş edib.

Afina Polisinin Partlayıcı Sursatların Zərərsizləşdirilməsi Qrupları təyyarədə və baqajda ətraflı axtarış aparsalar da, heç nə tapmayıb. Təxminən 190 sərnişini olan təyyarənin tam təhlükəsizliyinə əmin olmaq üçün əlavə olaraq daha bir neçə saat hava limanında saxlandığı bildirilib.

Murad Şahməmmədov