Avtomobil çayxananın damınından içəri düşdü

Avtomobil çayxananın damınından içəri düşdü

19 Yanvar 2023 12:40
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyədə Sakaryada təmir olunaraq sınaq üçün hazır vəziyyətə gətirilən avtomobil özbaşına hərəkət edərək çayxananın damını uçuraraq içəri düşüb. Qəzada bir nəfər xəsarət alıb.

Nəzərinizə çatdıraq ki, avtomobil sınaq üçün işlək vəziyyətdə qalıb. Bir müddət sonra nəqliyyat vasitəsi özbaşına hərəkət edərək yan tərəfdəki çay evinə daxil olaraq, orada damı uçurub. Baş verən qəzada uçan damın altında qalan bir nəfər yaralanıb. Hadisədən dərhal sonra bölgəyə sağlamlıq qrupları və yanğınsöndürənlər göndərilib. Hadisə yerinə gələn sağlamlıq qruplarının ilk müdaxiləsindən sonra yaralı xəstəxanaya çatdırılıb. Hadisə ilə əlaqədar araşdırma başladılıb.

Murad Şahməmmədov