Qırx beş narkomanın soyuqdan donaraq öldüyü bildirilib

Qırx beş narkomanın soyuqdan donaraq öldüyü bildirilib

17 Yanvar 2023 11:49
Bəyəndim (0) Bəyənmədim (0)

Əfqanıstanın qərbindəki Herat əyalətində qış mövsümü başlayandan küçələrdə yaşayan 45 narkotik aludəçisinin donaraq öldüyü bildirilib. Herat Polis İdarəsinin Narkotiklərlə Mübarizə Şöbəsinin direktoru Hayatullah Ruhani məsələ ilə bağlı mətbuata açıqlama verib. "Şaxtalar başlayandan bəri 45 narkoman dünyasını dəyişib. Biz narkomanların soyuqda donmamasının qarşısını almaq üçün onların toplanması prosesinə başlamışıq", - deyə Ruhani bildirib. Müxtəlif əyalətlərdən gələn və Heratda yaşayan narkomanların da olduğunu bildirən Ruhani, son günlər təxminən 3500 narkomanın küçələrdən yığılaraq reabilitasiya mərkəzlərinə göndərildiyini qeyd edib. Rəsmi məlumatlara görə, Herat vilayətində əksəriyyəti küçələrdə yaşayan 70 minə yaxın narkomanın olduğu təxmin edilir.

Murad Şahməmmədov